Aykart əldə etmək üçün siyahıda olan şirkətlərin
və təşkilatların əməkdaşları şəxsiyyət vəsiqəsi ilə,
iş yerindən arayış olmadan müraciət edə bilərlər.
Bu halda kredit mütəxəssisi iş yeri (vəzifəsi, işlədiyi müddət və s.) barədə məlumatları müxtəlif vasitələrlə yoxlayacaq.
Digər yerlərdə işləyən şəxslər isə iş yerindən arayış (vəzifəsi, işləmə müddəti və məvacibi qeyd edilməklə) təqdim etməlidirlər.